Dek 01, 2017 11:39 Asia/Baku
  • 
ABŞ-ın müdafiə naziri Şimali Koreya əleyhinə ümumi fikrin formalaşmasını istəyib
    ABŞ-ın müdafiə naziri Şimali Koreya əleyhinə ümumi fikrin formalaşmasını istəyib

Birləşmiş Ştatların Şimali Koreya əleyhinə ümumi fikrin formalaşdırılmasında uğursuz qalmasının ardınca bu ölkənin müdafiə naziri hələ də, bu ideyanın gerçəkləşəcəyinə ümidvar olduğunu deyib.

Röyters-in məlumatına görə, Pentaqonun şefi Ceyms Matiz cümə axşamı Şimali Koreya ilə bağlı açıqlamasında hələ də, Pxenyanla bağlı diplomatik səylərə ümid bəslədiyini deyib. 

Matiz diplomatiyanın yetərsiz qaldığı düşüncəsində olmadığını deyərək, diplomatik səylərin davam etdiriləcəyini bildirib. 

ABŞ-ın müdafiə naziri həmçinin iddia edib ki, amerikalı diplomatlar danışıqlarda güc mövqeyindən çıxış edəcəklər. Onun dediyinə görə, Vaşinqton Şimali Koreya ilə bağlı bir çox hərbi seçimə malikdir. 

Pxenyan çərşənbə günü yeni bir raket sınağı həyata keçirib. Deyilənlərə görə, bu yeni raket ABŞ-ın istənilən nöqtəsini hədəfə almağa qadirdir. 

Bu raket sınağının ardınca BMT-nin təhlükəsizlik Şurası cümə axşamı səhər ABŞ, Yaponiya və Cənubi Koreyanın istəyi əsasında fövqəladə iclas təşkil edib. Amma, bu iclasda Şimali Koreya əleyhinə ümumi fikir formalaşmayıb. 

Teqlər