Dek 02, 2017 10:22 Asia/Baku
  • Poroşenko Ukraynanın AB və NATO-da üzvlüyü üzrə referendum haqda vəd verdi
    Poroşenko Ukraynanın AB və NATO-da üzvlüyü üzrə referendum haqda vəd verdi

Ukrayna prezidenti bu ölkənin Avropa Birliyi və Şimali Atlantik Alyansı NATO-da üzvlüyü haqda yaxın gələcəkdə referendumun keçiriləcəyini bildirib.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Ukrayna prezidenti Pyotr Poroşenko cümə günü bu məsələnin detallarına toxunub və deyib: Yaxın gələcəkdə Ukraynanın Avropa Birliyi və NATO-da üzv olması haqda referendum keçiriləcək. 

Poroşenko bu referendumda lehinə səslərin qalib gələcəyinə ümid edib. 

Ukrayna 2020-ci ilə qədər rəsmən Avropa Birliyinə qoşulmağa ümid edir. 

Ukraynanın qonşusu Rusiya da Kiyevin NATO-ya yaxınlaşmasına qarşıdır, Kiyev və Brüssel arasında hər hansı razılaşma və Ukraynanın Avropa Birliyində ehtimal olunan üzvlüyünü müsbət hesab etmir. 

Teqlər