Rusiya xarici işlər naziri nüvə anlaşmasının icrasını dəstəkləyib
-
Rusiya xarici işlər naziri nüvə anlaşmasının icrasını dəstəkləyib
Rusiya xarici işlər naziri ABŞ-ın maneəçilikləri qarşısında Əhatəli Müştərək Təşəbbüs Proqramını icrasını bir daha dəstəkləyib.
İRİB-in məlumatına görə, Sergey Lavrov İtaliyanın Roma şəhərində Aralıq dənizi Beynəlxalq Dialoq iclasında deyib: İranla nüvə anlaşması üzv qüvvəsindədir və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də İranın bu anlaşmaya sadiq qaldığını elan edib.
Lavrovun sözlərinə görə, ABŞ nüvə anlaşmasından çıxarsa, bu onun öz öhdəliklərini pozması mənasındadır.
Bu arada Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini Romada keçirilən Aralıq dənizi Beynəlxalq Dialoq iclasında nüvə anlaşmasını dəstəkləyərək ABŞ-a xitabən deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramı nə yenidən müzakirə oluna, nə də dəyişə bilər.
Federika Mogerini nüvə anlaşmasının ikitərəfli anlaşma olmadığını qeyd edərək Avropanın ABŞ-ın ona hörmətlə yanaşacağını və onu icra edəcəyini gözlədiyini deyib.
Avropa Birlyinin xarici siyasət məsələləri üzrə koordinatoru bu iclasda həmçinin deyib: İran öz nüvə öhdəliklərinə sadiq qalmışdır və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik indiyə qədər 9 dəfə İranın bu anlaşmaya sadiq qaldığını təsdiqləmişdir.
İran və 5+1 qrupu (Rusiya, Çin, İngiltərə, Fransa, ABŞ və Almaniya) arasında nüvə anlaşması 2016-cı il yanvar ayından icra olunub. Bu qrupun üzvlərindən olan ABŞ hökuməti isə nüvə anlaşmasının icrası istiqamətində maneələr yaradır.