Havay ştatında xəbərdarlıq sistemləri yoxlanılıb; Şimali Koreyanın hücumu qorxusundan
ABŞ-ın Havay ştat rəsmiləri Şimali Koreyanın ehtimal olunan hücumu ilə qarşılaşmaq üçün bu ştatda həyəcan və xəbərdarlıq sisteminin yoxlanılmasından xəbər veriblər.
İRNA-nın məlumatına görə, ABŞ rəsmiləri bildiriblər: Soyuq müharibə dönəmindən sonra ilk dəfə olaraq cümə günü Şimali Koreyanın ehtimal olunan hücumu ilə qarşılaşmağa vətəndaşları hazırlamaq məqsədilə ştat adalarında həyəcan siqnalı səsləndirilib.
Məlumata görə, Havayda bir dəqiqə müddətinə həyəcan siqnalı səsləndirilib. Belə ki, fövqəladə hallar üzrə rəsmilər həyəcan siqnalı sistemlərinin sakinlərə və turistlərə zamanında məlumat çatdırmaq üçün düzgün işlədiklərindən arxayın olsunlar.
Havay ştatı qubernatoru David İge deyib: Vətəndaşlar beş verə biləcək hücum vaxtı və həyəcan siqnalından sonra 20 dəqiqə ərzində özlərini sığınacağa çatdıra bilərlər.
ABŞ rəsmiləri Şimali Koreyadan raket atıldığı halda 20 dəqiqə ərzində Havay ştatına çatacağını hesablayıblar.
Şimali Koreya son günlərdə ballistik raketi sınaqdan keçirib və onun mənzili ABŞ ərazisinə çatır.
ABŞ prezidenti Donald Trampın Şimali Koreyaya hərbi hücum haqda açıqlamaları iki ölkə əlaqələrində gərginliyin daha da artması ilə nəticələnib.
Şimali Koreya da ABŞ-ın hərbi təhdidləri ilə mübarizə aparmağa hazır olduğunu bildirib.