Amerikalıların əksəriyyəti nüvə anlaşmasının icrasını dəstəkləyir
-
Amerikalıların əksəriyyəti nüvə anlaşmasının icrasını dəstəkləyir
Yeni rəy sorğusunun nəticələri amerikalıların əksəriyyətinin Əhatəli Müştərək Təşəbbüs Proqramını dəstəklədiyini göstərir.
İRNA-nın məlumatına görə, Brokinqs Araşdırmalar İnstitutunun rəy sorğusunun nəticələrinə əsasən, amerikalıların 70%-nin qənaətincə, İranla nüvə anlaşmasına sadiq qalmaq ABŞ-ın milli mənafeyi və təhlükəsizliyi istiqamətindədir.
ABŞ Konqresinin qərarına əsasən, prezident Donald Tramp hər 90 gün ərzində bir dəfə İranın nüvə anlaşmasına sadiq qalmasını təsdiqləməlidir. Halbuki Tramp 15 oktyabrda bu işdən imtina və onu Konqresə həvalə etdi.
Əhatəli Müştərək Təşəbbüs Proqramının mətnində İranın funksiyasına nəzarət üçün ən etibarlı qurum olaraq müəyyənləşdirilən Atom Enerjisi üzrə Beynəlxalq Agentlik indiyə qədər dəfələrlə Tehranın bu anlaşmaya sadiq qaldığını təsdiqləyib.
İran və 5+1 qrupu (Britaniya, Fransa, Rusiya, Çin, ABŞ və Almaniya) arasında nüvə anlaşması 2016-cı il yanvar ayından qüvvəyə minib. Lakin bu qrupun üzvlərindən olan ABŞ hökuməti həmişə anlaşmanın icrasına əngəllər törədir.
ABŞ prezidenti Donald Tramp həmişə nüvə anlaşmasının digər tərəflərinin mövqelərinin əksinə olaraq Əhatəli Müştərək Təşəbbüs Proqramını dəhşətli anlaşma adlandırıb və onun ləğvini istəyib. Lakin dünya onun bu düşmənçilik hərəkətinə qarşıdır.