ABŞ dövlət katibinin kənarlaşdırılması ilə bağlı şayiələr təkzib edilib
Dek 03, 2017 11:01 Asia/Baku
-
ABŞ dövlət katibinin kənarlaşdırılması ilə bağlı şayiələr təkzib edilib
ABŞ dövlət katibi tutduğu vəzifədən kənarlaşdırılması ilə bağlı xəbərləri təkzib edib.
Asoşeyted Press-in verdiyi məlumata görə, Reks Tİlerson şənbə günü verdiyi açıqlamada gələn il də dövlət katibi vəzifəsində qalacağına ümidvar olduğunu bildirib.
ABŞ prezidenti Donald Tramp da cümə günü Tvitter hesabında paylaşdığı yazıda Reks Tilersonu kənarlaşdırmayacağını bildirib.
Nyu-York Tayms qəzeti cümə axşamı yazıb: ABŞ hökuməti Reks Tilersonun kənarlaşdırılması məsələsini araşdırır və onun yerinə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin şefi Mark Pompeonu təyin etmək istəyir.