Lavrov ABŞ-a xəbərdarlıq etdi
Rusiya xarici işlər naziri ABŞ-ın Koreya Yarımadası ilə bağlı rəftarlarını təhrikedici adlandırıb və Yaponiya ilə Cənubi Koreyanı Şimali Koreyada başlanacaq silahlı münaqişənin ilk qurbanları olacağı barədə xəbərdarlıq edib.
Rus dilində çıxan İzvestiya qəzeti bazar günü Rusiya xarici işlər naziri Sergey Lavrova istinadla yazıb: Cənubi Koreya və Yaponiya hazırkı məqamda çox diqqətli olmalıdırlar. Çünki, Koreya Yarımadasında müharibənin başlanacağı təqdirdə, ilk qurbanlar elə onların özləri olacaq.
Rusiyanın xarici işlər naziri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Niki Heylinin Şimali Koreyanı məhv etməklə hədələməsinə işarə edərək, bu sözləri dəhşətli adlandırıb və deyib: Rusiya Şimali Koreya ilə ABŞ arasında müharibənin baş verməməsi üçün bütün mümkün imkanlardan istifadə edəcək.
Rusiyanın xarici işlər naziri sonda deyib: Koreya Yarımadası məsələsi üçün sırf siyasi - diplomatik həll yolu tapılmalıdır.