Bomba təhdidi Moskva hava limanının fəaliyyətini pozub
Moskva hava limanında bombanın olmasının elan edilməsi bu hava limanının fəaliyyətini pozubdur.
Bu hadisə yerli vaxtla dünən gecə saat on bir-on beş dəqidədə baş verib və bir müsafir öz vəsaitlərinin Domodevo aeroportunun təhlükəsizlik məmurları tərəfindən təftiş edilməsi zamanı onlara deyibdir ki, onun çamadanında bomba var.
Təhlükəsizlik məmurları dərhal aeroport salonunda bu müsafirin ətrafındakı geniş bir ərazini boşaldaraq, bu nəqliyyat mərkəzində güclü təhlükəsizlik tədbirləri həyata keçiriblər.
Domodevo beynəlxalq aeroportu Moskvanın cənubunun 25 kilometrliyində yerləşir və Qafqaz və Mərkəzi Asiya ölkələrinə uçuşlar bu hava limanından həyata keçirilir.
Son illərdə Moskva xüsusiyyət təşkil etməklə Rusiyanın hava limanları və dəmiryolu stansiyalarında terror hücumlarının həyata keçrilməsi nəticəsində onlarla nəfər ölüb və ya yaralanıbdır.