Mogerini ABŞ səfirliyinin Beytül-Müqəddəsə köçürülməsinə qarşı çıxdı
https://azeri.sahartv.ir/news/dünya-i288403-mogerini_abŞ_səfirliyinin_beytül_müqəddəsə_köçürülməsinə_qarşı_çıxdı
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru ABŞ səfirliyinin Tələvivdən Beytül-Müqəddəsə köçürülməsi üzrə Vaşinqtonun birtərəfli qərarına qarşı çıxıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 06, 2017 08:01 Asia/Baku
  • Mogerini ABŞ səfirliyinin Beytül-Müqəddəsə köçürülməsinə qarşı çıxdı

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru ABŞ səfirliyinin Tələvivdən Beytül-Müqəddəsə köçürülməsi üzrə Vaşinqtonun birtərəfli qərarına qarşı çıxıb.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini ABŞ dövlət katibi Reks Tillersonla görüşdə bildirib: ABŞ səfirliyinin Beytül-Müqəddəsə köçürülməsi və bu şəhərin İsrail rejiminin paytaxtı olaraq rəsmən tanınması üzrə hər hansı hərəkət təhlükəli olacaq və Yaxın Şərqdə qarşıdurmaların daha da gərginləşməsi ilə nəticələnə bilər. 

Mogerini əlavə edib: İsrail və Fələstin arasında saziş səylərinə zərbə vuracaq istənilən hərəkətdən ciddi şəkildə çəkinmək lazımdır.