Avropa ölkələri ABŞ-ın Qüds əleyhinə hərəkətindən nigaranlıq edib
İtaliya, Britaniya, İsveç və Almaniya xarici işlər nazirləri ABŞ prezidenti Donald Trampın Qüdsün sionist rejimin paytaxtı olaraq rəsmən tanınmasına dair birtərəfli qərarından sərt şəkildə narazılıq ediblər.
İRNA-nın məlumatına görə, İtaliya xarici işlər naziri Ancelino Alfano deyib: Roma Fələstin məsələsi haqda beynəlxalq ictimaiyyətin göstərişləri ilə ziddiyyətdə olan bütün hadisələr və qərarlardan nigarandır.
Britaniya xarici işlər naziri Boris Conson da çərşənbə günü ABŞ səfirliyinin Tələvivdən Qüdsə köçürülməsi haqda Trampın ehtimal olunan qərarına dair məlumatlardan nigaranlıq edib və deyib: Britaniyanın öz səfirliyinin Qüdsə köçürülməsi üçün heç bir proqramı yoxdur.
Almaniya Xarici İşlər Nazirliyi də Qüdsün İsrail rejiminin paytaxtı olaraq rəsmən tanınmasına dair Trampın qərarı haqda xəbərdarlıq edib və bildirib: Belə qərar Fələstin ərazilərində destabilliyə şərait yarada bilər.
Həmçinin İsveç Xarici İşlər Nazirliyi Qüdsün sionist rejimin paytaxtı olaraq rəsmən tanınmasına dair ABŞ-ın qərarını faciəvi adlandırıb.
ABŞ-ın işğal olunmuş ərazilərdəki səfirliyinin Tələvivdən Beytül-Müqəddəsə köçürülməsinə dair ehtimal haqda beynəlxalq xəbərdarlıqlara rəmğən, bir ABŞ rəsmisi Trampın çərşənbə günü çıxışında bu məsələni elan etmək niyyətində olduğunu bildirib.