Dek 07, 2017 12:51 Asia/Baku
  • Saakaşvili tərəfdarlarını Ukrayna parlamenti önündə mitinqə səslədi
    Saakaşvili tərəfdarlarını Ukrayna parlamenti önündə mitinqə səslədi

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna hökumətinin korrupsiya ilə mübarizə adlandırdığı proqram çərçivəsində Kiyevdə saxlanılıb.

Ukrayna polisinin Gürcüstanın sabiq prezidenti və Ukrayna hökumətinin hazırkı müxalifi Mixail Saakaşvilini həbs etmək cəhdinin ardınca xalq yolları bağlayıb. Daha sonra Saakaşvilinin tərəfdarları onu polisin əlindən xilas ediblər. 

Saakaşvili xalqı Ukrayna parlamenti önündə aksiyaya dəvət edərək, prezident Petro Poroşenkonun istefa verməsini tələb edib. 

Saakaşvili 2016-cı ilin mayında Ukrayna vətəndaşlığını qəbul edib. Daha sonra Odessa vilayətinin qubernatoru təyin edilib. O, 2016-cı ilin noyabrında istefa verərək, siyasi partiya təşkil edir və hökumət əleyhinə çıxışlar etməyə başlayır. Ukrayna prezidenti Petro Poroşenko 26 iyul 2017-ci ildə Saakaşvilinin vətəndaşlığını ləğv edir. 

Teqlər