Tramp İslam dünyasını qarşısına aldı
ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı olaraq tanıması və bu ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə fərman imzalaması ilə İslam dünyasını rəsmən qarşısına almış olub.
ABŞ prezidenti beynəlxalq anlaşmalara zidd olaraq Qüdsü sionist rejimin paytaxtı olaraq tanıyıb. Tramp ABŞ səfirliyinin Təl-Əvivdən Yerusəlimə (Qüds) köçürülməsi ilə bağlı fərman imzalayıb. ABŞ prezidentinin bu ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qərarını elan etməsinin ardınca BMT-nin Təhlükəsizlik Şurası 8 ölkənin istəyi əsasında sabah fövqəladə iclas təşkil edəcək.
Britaniyanın baş naziri Tereza Mey və Avrop Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi xanım Federika Moqerini habelə, Almaniya və Çinin xarici işlər nazirləri ABŞ səfirliyinin Qüdsə köçürülməsinin mənfi nəticələri barədə xəbərdarlıq ediblər.
ABŞ prezidenti deyir: Paytaxt Beytül-Müqəddəsdir və bu Konqresin istəyidir. Beytül-Müqəddəsin İsrailin paytaxtı olaraq tanınması istəyi 20 il öncə irəli sürülmüş olsa da, Klinton, Buş və Obama mənfi nəticələrdən qorxaraq, bunu qəbul etməkdən çəkinib və qanunun icrasını hər dəfə 6 ay müddətinə təxirə salıblar.
Trampın kürəkəni Kuşner bu məsələdə böyük təsirə malik olub. Amerika Qüdsdə səfirlik binası tikmək üçün əraziyə malikdir. İllər öncə bu ərazi ABŞ-a 1 dollar müqabilində satılıb. Amma, indiyə kimi bu ərazidə səfirlik binasının tikintisinə başlanmayıb.
Amerikalı yazıçı və analitik Con Perkinz isə ABŞ səfirliyinin köçürülməsi məsələsinin o qədər də sadə olmadığını deyir: “Böyük iztirablara və xaosa səbəb olacaq bu yanlış addım ABŞ və müttəfiqləri üçün əlavə problemlər yaradacaq”.
ABŞ Dövlət Departamenti isə amerikalı diplomatlar və adi vətəndaşların işğal edilmiş fələstiniə səfər etməmələri barədə xəbrdarlıq edib.
Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsinin bu xüsusda etdiyi xəbardarlıq da elə burdan başlandı.
BMT-nin baş katibi Antonio Quterreş isə ABŞ-ın bu qərarından narazılıq edərək, bu qərarın nəticəsinin olmayacağını, sonda uğursuz qalacağını, fələstinlilər və israillilər arasında sülhə mane olacağını deyib.
BMT yaxşı bilir ki, Trampın bu qərarı böyük bir xaosa səbəb olacaq.