Dek 07, 2017 21:28 Asia/Baku
  • Fransa prezidenti: Nüvə anlaşması ləğv edilməməlidir
    Fransa prezidenti: Nüvə anlaşması ləğv edilməməlidir

Fransa prezidenti deyib: Nüvə məsələsində İran İslam Respublikası ilə anlaşmaq üçün Əhatəli Müştərək Təşəbbüs Proqramını (ƏMTP) əvəz edə biləcək daha yaxşı seçim yoxdur.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Fransa prezidenti Emanuel Makron cümə axşamı Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Ali Sani ilə birgə mətbuat konfransında deyib: İran ilə nüvə anlaşmasını bir kənara atmaq olmaq. Çünki, onu daha pis seçim ilə əvəz etmək lazım gələcək.

Emanuel Makron ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qərarı haqda da deyib: Trampın qərarı tamamilə şəxsi bir qərardır və Paris onu rədd edir.

Fransa prezidenti Parisin prioritetinin Fars Körfəzi ətrafında yerləşən ölkələrdə sabitliyin bərpa edilməsi olduğunu bildirib və ümidvarlıq edib ki, Yaxın Şərq məntəqəsi tez bir zamanda terrorçulardan təmizlənsin.

Qətər əmiri Şeyx Təmim bin Həməd Ali Sani də bu mətbuat konfransında Qətər və Ərəb ölkələri arasındakı ixtilafların həlli ilə bağlı ən yaxşı yolun müzakirə olduğunu bildirib və deyib: Ərəb ölkələrinin Qətərə qarşı mühasirəsinin davam etməsi təəssüf doğurur.

Teqlər