Dek 08, 2017 14:00 Asia/Baku
  • ABŞ Konqresində istefalar serialı davam edir

ABŞ rəsmilərinin istefalarının davamında, bu ölkə Kütləvi İnformasiya Vasitələri Konqresin daha bir üzvünün əxlaq rüsvayçılığına görə, istefa verdiyini bildiriblər.

CNN xəbər televiziyasının məlumatına görə, cinsi zorakılıqda suçlanan ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Trent Franks iki aya qədər öz vəzifəsindən istefa verəcəyini bildirib. 

Franksın istefa xəbəri ilə yanaşı qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının Etika Komitəsi bu xəbər elan olunmazdan bir neçə saat öncə ona qarşı ittihamlar haqda araşdırma aparacağını bildirmişdi. 

Franks öz ofisinin iki qadın işçisi tərəfindən cinsi zorakılıqda suçlanıb. 

Bu, ötən üç gün ərzində ABŞ Konqresində üçüncü istefadır. 

Teqlər