Afrikada ABŞ hökumətinin qərarına etirazlar
https://azeri.sahartv.ir/news/dünya-i288661-afrikada_abŞ_hökumətinin_qərarına_etirazlar
Afrika Birliyi Beytül-Müqəddəsin İsrail rejiminin paytaxtı olaraq elan olunması ilə bağlı ABŞ hökumətinin qərarını pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 08, 2017 14:15 Asia/Baku
  • Afrikada ABŞ hökumətinin qərarına etirazlar

Afrika Birliyi Beytül-Müqəddəsin İsrail rejiminin paytaxtı olaraq elan olunması ilə bağlı ABŞ hökumətinin qərarını pisləyib.

France 24 xəbər televiziyasının məlumatına görə, Afrika Birliyi ABŞ prezidenti Donald Trampın Qüds əleyhinə qərarını pisləyərək müstəqil Fələstin dövlətinin təşkil olunmasını dəstəkləyib. 

Məlumata görə, Trampın bu qərarı Afrika ölkələrində vətəndaşların qəzəblənməsinə gətirib çıxarıb. 

Mərakeş kralı VI Məhəmməd çərşənbə axşamı günü ABŞ prezidentinə ünvanladığı açıq məktubda Trampın Qüds əleyhinə qərarından dərin nigaranlığını ifadə edib.