Ukrayna polisi yenidən Saakaşvilini həbs etdi
Dek 09, 2017 12:53 Asia/Baku
-
Ukrayna polisi yenidən Saakaşvilini həbs etdi
Ukrayna polisi bir daha Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini həbs edib.
PressTV-nin verdiyi məlumata görə, Saakaşvili cinayətkar bir dəstəyə başçılıq etməkdə ittiham olunur. Ukraynanın baş prokuroru Saakaşvilinin Kiyevdə saxlanıldığını və hazırda təcridxanada olduğunu bildirib. Bundan öncə Ukrayana polisi Saakaşvilini həbs etsə də, tərəfdarları onu polisin əlindən xilas etməyi bacarmışdılar. Ukrayna hökuməti ilə müxalif olan cərəyanın liderlərindən sayılan Saakaşvili xalqı küçələrə çıxmağa və Ukrayna hökumətini devirməyə səsləyib. O, Ukrayna prezidenti Petro Poroşenkonu korrupsiya və xəyanətdə ittiham edir.