Missisipi əhalisi Trampın səfərinə qarşı aksiya keçirib
Dek 10, 2017 06:06 Asia/Baku
-
Missisipi əhalisi Trampın səfərinə qarşı aksiya keçirib
ABŞ prezidentinin Missisipi ştatının demokratik hüquqlar muzeyinin açılış mərasimində iştirak üçün Missisipiyə səfəri vilayət sakinləri və hüquq müdafiəçilərinin etirazlarına səbəb olub.
İRİB-in verdiyi məlumata görə, Missisipi ştatının sakinləri və hüquq müdafiəçilərindən ibarət yüzlərlə adam dünən ABŞ prezidenti Donlad Trampın bu ştata səfərinə qarşı etiraz əlaməti olaraq aksiya keçirib.
Aksiya iştirakçıları " Donald Tramp getməlidir" və " Trampa yox, Amerikada nifrətə yox" şüarları səsləndirərək Trampın bu ştatda olmasına etiraz ediblər.
Bəzi amerikalı siyasətçilər də Trampın Missisipidə bir muzeyin açılışından iştirakına etiraz əlaməti olaraq həmin mərasimdə iştirakdan çəkiniblər.
Teqlər