Fransalılar Netanyahunun Parisə səfərinə qarşı aksiya keçiriblər
https://azeri.sahartv.ir/news/dünya-i288845-fransalılar_netanyahunun_parisə_səfərinə_qarşı_aksiya_keçiriblər
Fələstinin hüquqlarını dəstəkləyən yüzlərlə adam Parisdə sionist rejimin baş naziri Benyamin Netanyahunun Fransaya səfərinə qarşı aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 10, 2017 06:15 Asia/Baku
  • Fransalılar Netanyahunun Parisə səfərinə qarşı aksiya keçiriblər
    Fransalılar Netanyahunun Parisə səfərinə qarşı aksiya keçiriblər

Fələstinin hüquqlarını dəstəkləyən yüzlərlə adam Parisdə sionist rejimin baş naziri Benyamin Netanyahunun Fransaya səfərinə qarşı aksiya keçirib.

İRNA-nın verdiyi məlumata görə, Netanyahu bu gün Fransaya səfər edəcək. 

Aksiyaçılar Fələstinin bayraqlarını və Fransa prezidenti Emanuel Makeronun fotolarını daşıyıblar. 

ABŞ prezidenti Donald Trampın Qüds barədə son qərarından dərhal sonra Netanyahuya evsahibliyi edən Makeronun fotoları üzərində " Əlbir" sözü yazılıbmış.