Filippin xalqı bu ölkə prezidentinə qarşı aksiya keçirib
Dek 11, 2017 11:45 Asia/Baku
Filippin xalqı bu ölkə prezidentini qatil adlandırıb.
Dünən Filippinin paytaxtı Manila şəhərinin küçələri geniş aksiyanın şahidi olublar. Bu aksiyanın iştirakçıları həmin ölkənin prezidenti Rodriqo Dutertenin hərəkətlərinə etiraz ediblər. Onlar belə şüar verirdilər: Qırğını dayandırın! Aksiyaçıların əllərində olan təsivrlər Filippin prezidentini qaniçən və div formasında əks etdirirdi. Aksiya gecə yarısınadək davam edib və etirazçıların əllərində kiçik məşəllər olubdur. Öz ölkəsinin prezidentini qatil adlandıran Filippin xalqı sonda şəhər boyu onun şəkillərini yandırıbdır.