Dek 11, 2017 14:53 Asia/Baku
  • Ukraynada hökumət əleyhinə piket
    Ukraynada hökumət əleyhinə piket

Minlərlə Ukrayna hökuməti əleyhdarı bu ölkədə iqtisadi böhranlara etiraz olaraq piket keçirib.

İRİB-in məlumatına görə, Ukrayna hökumətinin minlərlə əleyhdarı Kiyevin İstiqlal meydanında piket keçirib. Bu piket Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin rəhbərliyi ilə müxalifət partiyalarının dəvəti ilə keçirilib. Saakaşvili ötən həftə məhkəmənin qərarı ilə iqtisadi korrupsiya və hökuməti devirməyə cəhd ittihamı ilə həbs olunub. Amma öz tərəfdarlarının dəstəyi ilə azad ola bildi. O cümə günü Ukraynanın təhlükəsizlik qüvvələri tərəfindən yenidən saxlanılıb. Ukraynada ötən bir neçə ildə iqtisadi böhranlar bu ölkənin qərbyönlü hökumətindən ictimai narazılığa gətirib çıxarmışdır.

Etiraz aksiyasının iştirakçısı deyib: Ölkənin iqtisadi vəziyyəti əvvəlkindən daha da pisləşib. Bir çox bank və şirkət müflis olub. İnflyasiya artıb və maaşlar çox aşağıdır. Pensionerlərin təqaüdü ərzaq məhsullarını almağa çatmır. Və çox pis vəziyyət yaranmışdır.

Bir etirazçı bildirib: Bir çoxu üçün dərman, çörək və ərzaq məhsullarını almaq mümkün deyildir. Elə bu meydanda bizə iqtisadi vəziyyətin yaxşılaşmasını vəd edirdilər. İndi isə vəziyyət əvvəlkidən də pisləşib.

Ukrayna iqtisadiyyatı Meydan İnqilabından sonra ciddi böhranla üzləşib. Yeni statistikalarda, minimum 190 avro maaşla Ukrayna Avropanın ən kasıb ölkəsinə çevrilib.

Keçirilən rəy sorğularına əsasən, ukraynalıların səksən faizdən çoxunun qənaətincə, meydanda verilən vədlərin əksəriyyəti gerçəkləşməyib. Ukraynalıların yarısı başqa bir inqilabın baş verəcəyini proqnoz edir.

Teqlər