Somalidə insidentlərdə minlərlə nəfər ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/dünya-i288973-somalidə_insidentlərdə_minlərlə_nəfər_ölüb_və_yaralanıb
Birləşmiş Millətlər Təşkilatı bildirib: 2016-cı il yanvar ayından 2017-ci ilin oktyabr ayına qədər Somalidə qarşıdurmalar və insidentlər nəticəsində minlərlə nəfər həlak olub və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 11, 2017 14:19 Asia/Baku
  • Somalidə insidentlərdə minlərlə nəfər ölüb və yaralanıb
    Somalidə insidentlərdə minlərlə nəfər ölüb və yaralanıb

Birləşmiş Millətlər Təşkilatı bildirib: 2016-cı il yanvar ayından 2017-ci ilin oktyabr ayına qədər Somalidə qarşıdurmalar və insidentlər nəticəsində minlərlə nəfər həlak olub və yaralanıb.

Sin-Xoa İnformasiya Agentliyinin məlumatına görə, Somalidə BMT-nin İnsan Haqları ofisi və bu təşkilatın Xilasetmə Əməliyyatı İdarəsi birgə bəyanatda bildirib: 2016-cı il yanvar ayından 2017-ci il 14 oktyabra qədər bu ölkədə silahlı insidentlər nəticəsində azı 2 min 78 sivil həlak olub, 2 min 507 nəfər də yaralanıb. 

Məlumata görə, həlak olanlar və yaralıların 60% Əş-Şəbab terror qruplaşmasının hücumlarına şamil olur. 

Kütləvi İnformasiya Vasitələri ötən gün Somalinin cənub-qərb bölgələrində ölkənin hərbi qüvvələri ilə toqquşmada çoxlu sayda Əş-Şəbab terror qruplaşması üzvünün öldürüldüyünü bildiriblər. 

Somali ötən üç dekadada dünyanın ən destabil ölkələrindən biri olmuşdur. Belə ki, son illərdə hərc-mərclik, destabillik və iğtişaşlar əsasən Əş-Şəbab terror qruplaşmasının fəaliyyətləri ilə bağlıdır. 

Somali hazırda Afrika Birliyinin sülhməramlı qüvvələrinin dəstəyi ilə idarə olunur.