Qadınlar kütləvi şəkildə Trampı ifşa edirlər
-
Qadınlar kütləvi şəkildə Trampı ifşa edirlər
ABŞ prezidentinin cinsi zorakılığından şikayət edən qadınlar bu ölkə Konqresindən onun əxlaq rüsvayçılıqları haqda araşdırmanın başlanmasını tələb edirlər.
ABŞ Konqresinə bağlı Hill informasiya portalının məlumatına görə, bu qadınlar ilk dəfə olaraq birləşmək qərarına gəlib və bu gün mətbuat konfransında Konqresdən bu haqda araşdırma aparmasını istəyəcəklər.
Bu konfransda Tramp əleyhinə əxlaq ittihamlarının detalları jurnalistlərə açıqlanacaq.
2016-cı il prezident seçkiləri kampaniyası zamanından indiyə qədər onlarla qadın Trampı cinsi zorakılıqda suçlayıb.
ABŞ prezidenti əleyhinə cinsi zorakılıq ittihamları 2016-cı ildən onun qadınlar haqda söhbəti yayılması ilə başlanıb. Yayımlanan video-çarxda Tramp qadınlar haqda çox pis və yaraşmaz sözlər istifadə edib.
FaxNews televiziyasının sabiq aparıcısı Culiet Hadi də yenilərdə Trampı 2005-ci ildə qeyri-münasib cinsi davranışı haqda suçlayıb.
Tramp əleyhinə cinsi zorakılıq ittihamları elə bir halda yenidən gündəmə gəlib ki, bu günlərdə ABŞ-da məşhur və nüfuzlu şəxslər də qadınlarla cinsi zorakılıq haqda suçlanıblar.