Mavritaniya Tramp əleyhinə etirazların şahidi olub
Mavritaniya vətəndaşları ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı kimi rəsmən elan etməsi qərarına etiraz olaraq aksiya keçiriblər.
Əl-Qüds əl-Ərəbi qəzetinin internet portalının məlumatına görə, Mavritaniyanın müxtəlif bölgələri ötən gün Trampın Qüds haqda qərarına etiraz olaraq aksiyaların şahidi olub və minlərlə etirazçı "ABŞ-a ölüm!" və "Qüds bizimdir!", "Siz istəməsəniz də, Qüds Fələstinin paytaxtıdır" və "Qüdsə təcavüz olunmasına icazə verməyəcəyik" şüarları səsləndirib və Trampın Qüds əleyhinə qərarına öz nifrətlərini bildirib.
Mavritaniyada xalq kütlələri bəyanatlar verərək Mavritaniya dövləti və ərəb və islam dövlətlərindən ABŞ prezidenti Donald Trampın Qüds əleyhinə qərarına etiraz olaraq bu ölkə ilə əlaqələrini kəsmələrini istəyiblər.
Donald Tramp ötən çərşənbə günü regional və beynəlxalq xəbərdarlıq və etirazlara rəğmən bildirib: ABŞ rəsmi şəkildə Qüdsü İsrail rejiminin paytaxtı kimi tanıyır və öz səfirliyinin Tələvivdən bu şəhərə köçürəcək.
Trampın bu qərarı islam və ərəb dünyasının qəzəbinə tuş gəlib.