Dek 11, 2017 19:36 Asia/Baku
  • Lavrov Koreya yarımadasındakı böhranın şiddətlənməsi haqda xəbərdarlıq edib
    Lavrov Koreya yarımadasındakı böhranın şiddətlənməsi haqda xəbərdarlıq edib

Rusiya xarici işlər naziri Koreya yarımadasının böhranlı nöqtəyə daxil olması haqda xəbərdarlıq edib.

Rusiya xarici işlər naziri Seygey Lavrov bu gün Yeni-Dehlidə Hindistan, Çin və Rusiya xarici işlər nazirlərinin üçtərəfli iclasında deyib ki, Moskva Koreya yarımadasındakı böhranın qaynar nöqtəyə çatmasından nigarandır.

Lavrov söyləyib: Hindistan, Çin və Rusiyanın heç biri Şimali Koreya ilə bağlı gərginliklərin şiddətlənməsinə maraqlı deyildir.

Anton Morozov adlı bir rus qanunverici də deyibdir ki, Şimali Koreya Amerikanı hədəfə almaq qabiliyyətinə malik olan uzaq mənzilli bir raketi sınaqdan keçirməyə hazırdır.

Son zamanlar bir qrup rusiyalı nümayəndə Koreya yarımadasındakı böhranın həllinə kömək etmək məqsədilə Pxenyana getmişdi.

Rusiya xarici işlər naziri həmçinin vurğulayıb ki, Hindistan, Çin və Rusiya terrorizmlə və onun maliyyə mənbələrilə mübarizə sahəsindəki məharətlərini digər ölkələrlə bölüşməyə hazırdırlar.

Lavrov əlavə edib: Moskva bu sahədə Çin və Hindistanla həmkarlıq üzrə bir siyahı hazırlayıbdır.

Teqlər