Londonda İslamofobiya ilə mübarizə konfransı; müsəlmanların birliyi vurğulandı
Londonda İslamofobiya ilə mübarizə 4-cü illik konfransının iştirakçıları müsəlmanlar əleyhinə nifrət atmosferinin artması və radikal qrupların fəaliyyətindən nigaranlıq edib və Britaniya müsəlmanlarının birliyinin vacibliyini vurğulayıblar.
İRNA-nın məlumatına görə, Londonda "Yerlilik Hərəkatı" devizi altında Britaniya İslam İnsan Haqları Komissiyasının təşəbbüsü ilə keçirilən bu konfransda ziyalılar, siyasətçilər, hüquq fəalları və media mənsubları bu ölkə və bəzi Avropa ölklərində islamofobiyanın artmasının səbəblərini araşdırıblar.
Britaniya İslam İnsan Haqları Komissiyasının üzvü Arzu Mirəli Britaniya müsəlmanlarının uğur yolunu birlik, islam əleyhinə cərəyanlar qarşısında müqavimət adlandırıb.
Britaniyalı jurnalist Fill Miller də bu ölkə hökumətinin miqrantlar əleyhinə sərt siyasətlərinə toxunaraq deyib: Tereza Meyin mühafizəkar hökumətinin iqtidara gəldiyi vaxtdan miqrantların saxlandığı mərkəzlərdə olan insanların sayı diqqəti cəlb edəcək həddə artıb.
Britaniya İslam İnsan Haqları Komissiyasının sədri Məsud Şəcərə də bu konfransın kənarında deyib: Siyasətçilər və medialar ləğv edilmiş islamofobiya dialoqunu qızışdırırlar və bu məsələ müsəlmanlar əleyinə nifrət atmosferinin artması ilə nəticələnir.
Şəcərə xəbərdarlıq edib ki, Britaniya və Avropaad islamofobiya və əcnəbi vətəndaşlara fobiyanın artması sonda soyqırımı və etnik təmizləmə ilə nəticələnəcək.
İnsan haqları fəalı İŞİD-i qərbin yetişdirməsi adlandırıb və deyib: İŞİD-in məğlubiyyəti ilə qərb başqa bir bəhanə tapacaq ki, müsəlmanların repressiyası siyasətini davam etdirsin.