Dek 17, 2017 12:13 Asia/Baku
  • Vaşinqton Post Trampı ilin ən böyük yalançısı seçdi
    Vaşinqton Post Trampı ilin ən böyük yalançısı seçdi

Vaşinqton Post nəşri bir məqalədə ABŞ prezidentini ilin ən böyük yalançısı kimi təqdim edib.

Vaşinqton Post nəşrinin internet portalı yazıb: ABŞ-ın son siyasi tarixində hər bir işi bu qədər şişirdən prezident olmayıb və Donald Tram həmişə yalan iddiaları irəli sürür, üstəlik yanlışlığı sübut olunduğu zamanda da onları yenidən təkrarlayır. 

Vaşinqton Post yazır: Tramp həmişə iddiaları üçün faktlarının olmadığını nəzərə almadan haqqın onunla olduğuna israr edir. Eyni zamanda onun açıqlamaları və siyasi davranışı destabillik, qəfil və təkrar dəyişikliklərlə birlikdədir. 

Vaşinqton Postun yazdığına görə, 298 gün prezidentliyi dövründə Trampın yanlış və ya yalan açıqlamalarının sayı 628 hal olmuşdur. 

Vaşinqton Post sabiq prezident Barak Obama tərəfindən danışıqlarının dinlənilməsi, kütləvi informasiya vasitələrinin xəbərlərinin saxta olması, eləcə də ABŞ tarixində vergidə ən böyük azalmanın olmasını iddia etməsini Trampın iddialarına nümunə göstərib. 

 

Teqlər