32 ukraynalı təhlükəsizlik məmuru bədən xəsarəti alıb
-
32 ukraynalı təhlükəsizlik məmuru bədən xəsarəti alıb
Ukraynanın payaxtı Kiyevdəki çaxnaşmalar gedişində 32 ukraynalı təhlükəsizlik məmuru aksiyaçılar tərəfindən naməlum qazın yayıılması nəticəsində zəhərlənərək, xəstəxanaya göndərilib.
Ukraynanın dövlət qüvvələrilə etirazçılar arasında baş verən toqquşma zamanı zəhərləyici qazın yayılması nəticəsində 15 milli qvardiya və 17 polis məmuru bədən xəsarəti alaraq, xəstəxanaya göndərilib.
Ukrayna dövləti müxaliflərinin liderlərindən olan Mixail Saakaşvili polis ilə toqquşan şəxsləri aksiyanı kobudluğa çəkmək istəyən fitnəkarlar adlandırıb.
Dövlət ilə müxalif aksiyaçılar Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin başçılığı ilə dünən Ukraynanın payaxtı Kiyevin bəzi küçələrində aksiya keçiriblər.
Ukrayna dövləti müxaliflərinin bir hissəsinə rəhbərlik edən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili son həftələrdə aksiyalar təşkil edərək, geniş korrupsiya ittihamına görə bu ölkə hökumətinin dəyişdirilməsini istəyib.