Parisdə ABŞ-ın son sionist qərarına qarşı aksiya keçirilib
-
Parisdə ABŞ-ın son sionist qərarına qarşı aksiya keçirilib
Fələstinli məntəqələrdən əlavə, dünyanın bəzi məntəqələrində, o sıradan Parisdə və Pakisanda da Amerikanın Beytulmuqəddəsi sionist rejimin paytaxtı kimi tanımaq üzrə hərəkətinə qarşı aksiyalar keçirilib. Parisdə Fransa polisi etirazçıların Amerikanın Fransadakı səfirliyinə tərəf hərəkət etmələrinə mane olubdur.
Parisdə ABŞ-ın son sionist qərarına qarşı aksiya elə bir halda keçirilibdir ki, icazənin verilməsinə rəğmən, polis insanların Amerikanın Fransadakı səfirliyinə tərəf hərəkət etmələrinə mane olubdur.
Paris sakinləri ABŞ səfirliyi məkanı hüdudlarını keçmək istəyirdilər. Amma polis mane olaraq, aksiyanı hiddət toplantısına çevirdi.
Bu aksiyada müsəlmanlar və xristianlar daxil olmaqla yüzlərlə azadlıqsevər şəxs Amerikanın son qərarını bu ölkənin strateji səhvi adlandırıb.
Aksiyaçılar habelə Avropa Birliyinin başçılarından özlərinin sionist rejim məhsullarının idxal edilməsini qadağan edən qanunlarına sadiq qalmalarını istəyiblər.
ABŞ-ın Parisdəki səfirliyi önündə aksiya Avropanın digər paytaxtlarına da mühüm bir mesaj göndərdi.