Tramp: ƏMTP pis razılaşmadır
ABŞ prezidenti bu ölkənin milli təhlükəsizlik strategiyasının elan edilməsindən sonra Vaşinqtonda müxbirlər qarşısında etdiyi çıxışında bir daha Əhatəli Müştərək Təşəbbüs Proqramını pis razılaşma adlandırıb.
Ağ ev dünən Amerikanın yeni milli təhlükəsizlik strategiyasını elan etdi. Ağ ev bu sənəddə isbat olunmamış ittihamlarla Orta şərqdəki problemləri " İranın ekspansiyası" adlandırdığı iddialarla əsaslandırmağa cəhd göstərdi. Ağ ev həmçinin bu strategiyada İranın ƏMTP-nin ruhunu pozmuş olduğunu iddia edib.
Donald Tramp dünən iddia edib ki, İranın nüvə proqramı ilə qarşılaşmaq üçün və Tehranın atom silahını əldə etməsi yolunu bağlamaq üçün, Amerika İranın ƏMTP-na sadiq qaldığını təsdiqləməyib.
Tramp öncə də ƏMTP-nin digər tərəfləri olan Britaniya, Fransa, Rusiya, Çin, Almaniya və Avropa Birliyinin mövqelərinin əksinə olaraq dəfələrlə ƏMTP-ni qorxunc və pis razılaşma adlandırmışdır.
ABŞ prezidenti həmçinin İslam İnqilabının Keşikçiləri Korpusunu terrorizmə dəstək verməkdə ittiham edib və ona qarşı sanksiyaları himayə edib.