Çexiyada ABŞ-ın Qüds barədə qərarına qarşı etiraz
https://azeri.sahartv.ir/news/dünya-i289707-Çexiyada_abŞ_ın_qüds_barədə_qərarına_qarşı_etiraz
Çexiyada əhali ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı tanımasına qarşı etiraz aksiyası keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 19, 2017 09:50 Asia/Baku
  • Çexiyada ABŞ-ın Qüds barədə qərarına qarşı etiraz
    Çexiyada ABŞ-ın Qüds barədə qərarına qarşı etiraz

Çexiyada əhali ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı tanımasına qarşı etiraz aksiyası keçirib.

Fələstin xəbər agentliyinin Praqadan verdiyi məlumata görə, aksiya iştirakçıları dünən paytaxt Praqada şüarlar səsləndirmək və əllərində plakatlar tutmaqla Trampın Fələstinə qarşı hərəkətini pisləyib. 

Aksiyaçılar Fələstin xalqı ilə öz həmrəyliyini elan edərək beynəlxalq ictimaiyyəti Trampın Qüdsə qarşı qərarı əleyhinə əməli addım atmağa çağırıblar. 

Etirazçılar Çexiya dövlətindən ABŞ dövlətinin işğal olunmuş Qüdsə qarşı siyasətini rədd etməsini istəyiblər.