Rusiya: Amerikanın yeni milli təhlükəsizlik strategiyası düşmənçilik mahiyyəti daşıyır
Rusiya xarici işlər nazirliyi dünən gecə bir bəyanatda Amerikanın yeni milli təhlükəsizlik strategiyasının düşmənçilik mahiyyəti daşıdığını bildirərək, vurğulayıb ki, bu strategiya ölkələrlə qarşı durmaq üçün tənzim edilibdir.
Ağ Ev bazar ertəsi günü 68 səhifədə Amerikanın yeni milli təhlükəsizlik strategiyasını yayıb. Bu strategiyada ABŞ-ın beynəlxalq səhnədəki üstünlüyü, həmçinin fövqəlqüdrətlik rolunu oynamaq üçün bu ölkənin hərbi bacarığının gücləndirilməsi vurğulanıb.
Bu strategiyada habelə Çin və Rusiyanın adları Amerikanın təhlükəsizlik və maliyyə maraqlarına zərbə vurmaq ardınca olan ölkələr kimi hallanıbdır.
Rusiya xarici işlər nazirliyi sonra belə qeyd edib: Bu sənəddə ölkələrlə həmkarlıq əlaqələrinin qurulmasının təklif olunması yerinə, nəzərəçarpacaq dərəcədə azalmış Amerikanın dünya üzərindəki hegemonçuluğunun qorunmasına səy nümayiş etdirilibdir.
Rusiya xarici işlər nazirliyi həmin bəyanatda Amerikanın yeni milli təhlükəsizlik strategiyasının anti-rus cəhətlərinə toxunaraq, qeyd edib ki, Amerika Rusiya və Çinin qüdrətli olmalarını istəmir.
Kremlin sözçüsü Dmitri Peskov da dünən vurğulayıbdır ki, Amerikanın yeni milli təhlükəsizlik strategiyası imperialist mahiyyət daşıyır.