Dek 21, 2017 19:02 Asia/Baku
  • YUNİSEF: Pusquda ölüm 200 min ukraynalı uşağı hədələyir
    YUNİSEF: Pusquda ölüm 200 min ukraynalı uşağı hədələyir

BMT-nin Uşaq Fondu YUNİSEF bildirib: Ukrayanın şərqində quraşdırılan minalar 200 min uşağın həyatını hədələyir.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, YUNİSEF çərşənbə günü bir bəyanatda bildirib: Hazırda Ukraynanın şərqi dünyanın ən təhlükəli bölgələrindən birinə çevrilib. Çünki minalar və digər partlayıcı qurğulara şamil olan qalan sursatlar 2017-ci il yanvar ayından noyabr ayına qədər hər həftə orta hesabla bir uşağı qətlə yetirib və ya yaralayıb. 

YUNİSEF Ukraynanın şərqində münaqişə tərəflərini atəşkəs anlaşmasına sadiq qalaraq minaların təmizlənməsinə icazənin verilməsini istəyib. 

Ukraynanın şərqində qarşıdurmalar 2014-cü ildə başlanıb. Bu bölgədə münaqişəyə son qoymaq məqsədilə əldə olunan anlaşmaya rəğmən, qarşıdurmalar davam etmişdir. Bu qarşıdurmalar nəticəsində indiyə qədər on mindən çox insan həlak olub. 

Teqlər