Dek 21, 2017 20:11 Asia/Baku
  • 
Rusiya prezident seçkilərinə 34 nəfər namizədliyini elan edib
    Rusiya prezident seçkilərinə 34 nəfər namizədliyini elan edib

Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkiləri üçün 34 nəfərin namizədliyini elan etdiyini bildirib.

İRNA-nın məlumatına görə, Rusiya Mərkəzi Seçki Komissiyası cümə axşamı günü bildirib: İndiyə qədər Rusiya prezident seçkilərinə namizədliyini elan etmək üçün 34 nəfər hazırlığını bildirib. 

Rəy sorğularına əsasən, Rusiya vətəndaşlarının 70% prezident seçkilərində iştirak etməyyi qərara alıb. 

Rusiya Mərkəzi Seçki Komissiyası bildirib: Prezident seçkilərinə namizəd kimi partiyaların elan etdiyi və bəzi müstəqil şəxslər qeydiyyata alınacaq. 

Rusiya Ədliyyə Nazirliyi də bildirib: Rusiyada ümumilikdə 67 partiyanın prezident seçkilərin namizəd elan etmək haqqı vardır. 

Qanuna əsasən, parlamentdə iştirak edən partiyalar, Vahid Rusiya, Ədalətli Rusiya, Kommunist, Liberal Demokrat partiyaları öz namizədləri üçün imza toplamayacaq. Qalan partiyalar isə nəzərdə tutduğu namizəd üçün 100 min imza toplamalı və Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. 

Rusiyada prezident seçkiləri 2018-ci il 18 martda keçiriləcək. 

Rusiya prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası da bu həftə bazar ertəsi günündən Rusiya Federasiya Şurasının Rossiskaya Qazeta qəzetində yayımlanması ilə rəsmi şəkildə başlanacaq. 

Rusiya prezidenti Vladimir Putin dördüncü dəfə seçkilərə namizəd olub və seçkilərdə əsas favorit sayılır. 

Teqlər