Dek 23, 2017 15:19 Asia/Baku
  • Moskva ABŞ-ın ölkələrə hədələyici məktublarını ifşa edib
    Moskva ABŞ-ın ölkələrə hədələyici məktublarını ifşa edib

Rusiya xarici işlər nazirliyi ifşa edib ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi bu təşkilatın baş assambleyasının Qüds barədəki səsverməsi ərəfəsində ölkələrin nümayəndələrinə hədələyici məktublar gönəribmiş.

Rusiya xarici işlər nazirliyi bir bəyanatda faş edib ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bu təşkilatın baş assambleyasının Qüdsə dəstək barədəki qətnamə layihəsinə səsvermədən öncə müxtəlif məktublarda digər ölkələri bu qətnamənin lehinə səs verəcəkləri təqdirdə, Vaşinqtonun onlara dəstək və köməklərinin kəsiləcəyi ilə hədələyibmiş. Lakin bu təhdidlərə rəğmən, qətnamə qəbul olundu.

Rusiya xarici işlər nazirliyi Rusiya daxil olmaqla 128 ölkənin Qüds ilə bağlı qətnaməni himayə etdiyini və təkcə doqquz ölkənin onun əleyhinə səs verdiyini bildirərək, vurğulayıb ki, Amerikanın təhdidi və bac istəməsi yalnız bəzi ölkələrə təsir edibdir. 

Teqlər