BMT TŞ Ş. Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib
BMT-nin Təhlükəsizlik Şurası əksəriyyət səslə Şimali Koreyaya qarşı qətnamə qəbul edərək, Pxenyanın son raket sınaqlarına reaksiyada bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edibdir.
Bu qətnamədə BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyaya neft məmulatlarının ixracatının ildə 500 min barrel azaldılmaq yolu ilə doxsan faizlik qadağanına təkid edib. Bu şura həmçinin Şimali Koreya fəhlələrinin on iki ay ərzində həmin ölkəyə qaytarılmalarını istəyibdir.
Layihəsi ABŞ tərəfindən hazırlanmış bu qətnaməyə əsasən, həmçinin Şimali Koreyaya xam neft ixracatı da ildə dörd milyon barrelədək məhdud olacaqdır.
Amerikanın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli təhlükəsizlik şurasındakı səsvermədən sonra deyib ki, bu qətnamə Şimali Koreyaya birbaşa mesajdır.
Şimali Koreya noyabrın 29-da bildirdi ki, Amerikanın və onun regional müttəfiqlərinin Koreya yarımadasındakı düşmənçilik hərəkətlərinin şiddətlənməsinə cavabda Amerika ərazisini hədəfə ala biləcək yeni qitələrarası ballistik raketi uğurla sınaqdan keçiribdir.