Dek 24, 2017 14:49 Asia/Baku
  • Almaniyada Trampın Qüdslə bağlı qərarına etiraz olundu
    Almaniyada Trampın Qüdslə bağlı qərarına etiraz olundu

Almaniya paytaxtı Berlin bir daha ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı kimi rəsmən tanımasına dair qərarına etiraz olaraq aksiyanın şahidi olub.

Press TV-nin məlumatına görə, etirazçılar Fələstinin azadlığı uğrunda şüarlar səsləndirib və əllərində yazılı plakatlar daşıyıblar. Plakatlarda "Qüds Fələstinin paytaxtıdır" ifadəsi yazılıb.

Berlin sakinləri həmçinin bu problemin həlli üçün diplomatik həll yolundan istifadə edilməsini vurğulayıblar.

Fələstin bayrağı həkk olunmuş şərfi boynuna atan etirazçı deyib: Qüds işğal olunmuş ərazidir. Bu şəhər Fələstinə aiddir və Fələstinin paytaxtı olmalıdır. Çünki sionistlər onu işğal ediblər.

Teqlər