Dek 25, 2017 10:44 Asia/Baku
  • Ruhinqa müsəlmanlarına dəstək istiqamətində qətnamə qəbul olunub
    Ruhinqa müsəlmanlarına dəstək istiqamətində qətnamə qəbul olunub

BMT-nin Baş Assambleyası bir qətnamə layihəsini qəbul edərək, böyük əksəriyyətlə Myanma dövlətinin ruhinqalı müsəlmanlara qarşı cinayətlərini pisləyibdir.

İslam Əməkdaşlığı Təşkilatı Myanmada ruhinqalı müsəlmanların vəziyyəti barədə qətnamə layihəsini BMT-nin Baş Assambleyasına təqdim etmişdi ki, bazar günü BMT-nin Baş Assambleyasında 24 bitərəf, on əleyhinə və 122 lehinə səslə qəbul olundu.

BMT-nin Baş Assambleyası bu qətnamədə Myanmanın Ruhinqa müsəlmanlarına qarşı hərbi əməliyyatlarının başa çatması və Myanma üçün BMT-nin xüsusi nümayəndəsinin təyin olunmasını istəyibdir.

Bu qətnamə həmçinin Myanma dövlətindən istəyibdir ki, yardımçıların əllərinin böhranlı məntəqələrə çatmasına icazə versin, həmçinin bütün ruhinqalı müsəlman didərginlərin öz yaşayış məkanlarına geri dönmələrinə zəmanət verərək, ruhinqalılara vətəndaş haqqı versin.

Ruhinqalı müsəlmanlar illər boyudur ki, Myanmada insani və ictimai hüquqlarından məhrumdurlar və hazırda son dərəcə pis durumdadırlar.

2017-ci ilin 25 avqustundan bəri Myanma ordusunun Raxin əyalətində Ruhinqa müsəlmanlarına qarşı yeni repressiv hücumları dalğasında altı min nəfərdən çox insan ölüb, səkkiz min nəfər yaralanıb, 800 min nəfərdən çox insan da Banqladeşə qaçmağa məcbur olubdur.

Teqlər