Kabildə partlayış
https://azeri.sahartv.ir/news/dünya-i290225-kabildə_partlayış
Əfqanıstanın paytaxtı Kabildə bomba partlayışı nəticəsində altı nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 25, 2017 10:03 Asia/Baku
  • Kabildə partlayış
    Kabildə partlayış

Əfqanıstanın paytaxtı Kabildə bomba partlayışı nəticəsində altı nəfər ölüb.

Əfqan rəsmilər bildiriblər ki, kamikadze özünü Kabildə yerləşən Əfqanıstanın milli kəşfiyyat təşkilatına aid binanın yaxınlığında partladıb. Onlar əlavə ediblər: Ölənlərin hamısı məntəqədə sürücülüklə məşğul olan mülki şəxslər olubdur.

İŞİD terror qrupu bu partlayışın məsuliyyətini öz üzərinə götürüb. Bu terror qrupu bir həftə bundan öncə Əfqanıstanın milli kəşfiyyat təşkilatının təlim təsisatlarından birinə qarşı hücumun məsuliyyətini də üzərinə götürmüşdü. Həmin hadisədə bir neçə əfqan zabit həlak olmuşdu.