Putin Rusiyada növbəti prezident seçkilərinə namizədliyini rəsmən irəli sürdü
Rusiya prezidenti Vladimir Putin növbəti prezident seçkilərinə namizədliyini rəsmən irəli sürüb.
Rusiyanın Mərkəzi Seçki Komissiyası mart ayında keçiriləcək prezident seçkilərinə qeydiyyata alınmaq üçün lazımı sənədləri Vladimir Putindən təhvil alıb.
Vladimir Putin qeydiyyat sənədlərini təhvil vermək üçün özü MSK-ya gedib. MSK yaxın günlərdə Purinin namizədliyini rəsmən təsdiqləyəcək.
Azərbaycan Respublikası prezidenti İlham Əliyev Moskvada keçirilən MDB-nin qeyri rəsmi iclasında Vladimir Putin barədə deyib: Azərbaycanda kimsə Rusiya vətəndaşlarının qarşıdakı prezident seçkilərində düzgün seçim edəcəyinə şübhə etmir. "Biz yaxşı bilirik ki, qarşılıqlı münasibətlərin inkişafı sizin adınızla bağlıdır. İctimai, siyasi sabitlik olmadan uğur qazanmaq mümkün deyil. Son illərdə dünyada qanlı hadisələrin, toqquşmaların, etnik və dini təzadların şahidi olduq,Bütün bunlarda mövcud beynəlxalq perspektiv sizin siyasətinizin düzgün olduğunu bir daha nümayiş etdirdi məhz buna görə də bu gün Rusiya dünya səviyyəsində sabitlik amilidir. "