Rusiya bu ölkədəki prezident seçkilərinə nəzarət üçün 100 ölkəni dəvət edib
-
Rusiya bu ölkədəki prezident seçkilərinə nəzarət üçün 100 ölkəni dəvət edib
Rusiyanın Mərkəzi Seçki Komissiyasının sədri bu ölkədə keçiriləcək növbəti prezident seçkiləri üçün 100 ölkədən nümayəndələr dəvət etdiyini bildirib.
İRNA-nın verdiyi məlumata görə, Rusiya MSK-nın sədri Ella Pamfilova bu gün müxbirlərə deyib: Rusiyanın Mərkəzi Seçki Komissiyası bir çox beynəlxalq qurumlarla əməkdaşlıq edir və onlara da nəzarətçi göndərmələri üçün müraciət edəcək.
Pamfilova deyib: Moskva Ukraynadan nəzarətçi dəvət etmək niyyətində deyil.
Rusiyada növbəti prezident seçkiləri 2018-ci il 18 martda keçiriləcək.
Rusiyada növbəti prezident seçkilərinə namizədlərin qeydə alınmasına ötən həftə start verilib və indiyədək Rusiyanın prezidenti Vladimir Putin də daxil 34 nəfər seçkilərə namizədliklərini irəli sürüblər.
Rəysorğularının nəticələri Vladimir Putinin növbəti seçkilərdə də qalib gəlmək şansının böyük olduğuna dəlalət edir.