Dek 28, 2017 17:30 Asia/Baku
  • 2017; Yəmənli uşaqlar üçün dəhşətli il
    2017; Yəmənli uşaqlar üçün dəhşətli il

BMT-nin Uşaq Fondu YUNİSEF bir məlumatda 2017-ci ili Yəmən uşaqları üçün dəhşətli və acınacaqlı il adlandırıb.

Londonda çıxan Quardian qəzetinin yazdığına görə, YUNİSEF bir məlumatda 2017-ci ili uşaqlar üçün dəhşətli il adlandırıb və bildirib: Ərəbistanın Yəmənə hücumu vəba epidemiyasının yayılması və Yəməndə tibbi və səhiyyə sisteminin çökməsi, uşaqlar arasında çoxlu tələfatlarla nəticələnmişdir. 

Bu məlumatda əlavə olunur: Yəməndə dekabr ayında 80-dən çox uşaq yaralanıb və ya həlak olub. 

YUNİSEF həmçinin xəbərdarlıq edib: 2017-ci ildə qarşıdurma tərəfləri humanitar qaydaları açıq-aşkar pozaraq uşaqlardan kamikadze və insan sipəri kimi istifadə ediblər. 

YUNİSEF əlavə edib: Uşaqlara təcavüz, məcburi izdivac, uşaq oğurluğu, onları qulaq çevirmək İraq, Suriya, Əfqanıstan, Yəmən, Nigeriya, Cənubi Sudan və Myanma kimi ölkələrdə təhlükəli zonalarda uşaqlara qarşı standart taktikalara çevrilmişdir. 

YUNİSEF-in məlumatına görə, qarşıdurma bölgələrində 27 milyona yaxın uşaq məktəbi tərk etməyə məcbur olub. 

YUNİSEF bu məlumatda müharibələrdə bütün qarşıdurma tərəflərindən beynəlxalq humanitar qaydalarına hörmət etməklə, uşaqların hüquqlarının pozulmasına dərhal son qoymalarını, məktəblər və xəstəxanalar kimi sivil infrastrukturların vurulmasını durdurmalarını istəyib. 

Teqlər