Dek 28, 2017 17:31 Asia/Baku
  • Hindistan Çinin hərəkətləri ilə mübarizəni vurğulayıb

Hindistanın xarici işlər nazirinin müşaviri Çinin Yeni Dehli əleyhinə hərəkətləri ilə mübarizəni vurğulayıb.

İRNA-nın məlumatına görə, Hindistan xarici işlər nazirinin müşaviri Viki Sink parlamentdə iki qonşu və böyük ölkə olan Hindistan və Çinin ikisindən birinin nigaranlığına səbəb olacaq hərəkətlərdən çəkinməyin vacibliyini vurğuladığını bildirərək deyib: Hazırda bir sıra əlamətlər  Çinin regionun ən böyük dəniz qüdrətinə çevrilmək üzrə iradəsini əks etdirir.

Hindistanın xarici işlər nazirinin müşaviri Hind okeanında bir bölgədə bir neçə limanın genişləndirilməsi və infrastruktur layihələri icra etməsi üzrə Çinin səylərinə toxunub və əlavə edib: Yeni Dehli Hindistanın milli təhlükəsizliyi üçün təhdid hesab olunan hər bir hadisəni tam diqqətlə izləyir. 

Yeni Dehli Hind okeanını öz arxa bağçası hesab edir və bu bölgənin təhlükəsizliyinin yeganə təminatçısı olaraq rəsmən tanınmasını istəyir. 

Çin Şrilankada böyük yatırımlar edib və bu ölkədə liman şəhəri inşa etməkdədir. 

Çin və Hindistan 1962-ci ildə sərhəd ixtilaflarına görə toqquşublar və o zamandan indiyə qədər bu ixtilafları həll edə bilməyiblər. 

Teqlər