Dek 29, 2017 13:02 Asia/Baku
  • 
Peruda aksiyalar davam edir
    Peruda aksiyalar davam edir

Perunun keçmiş prezidenti Alberto Fucimorinin əfv edilməsinə qarşı etiraz və aksiyalar bu ölkənin paytaxtı Limada davam etməkdədir.

Aksiyaçılar Perunun hazırkı prezidenti Pedro Pablo Kuçinskinin bu ölkənin keçmiş prezidenti 79 yaşlı Alberto Fucimorinin əfv edilməsinə dair hərəkətinə etiraz olaraq, şüarlar verərək, bu qərar ilə öz müxalifətlərini elan ediblər.

Pedro Pablo Kuçinski ötən bazar günü sağlamlığı ilə bağlı məsələlərə görə, Fucimorini əfv etdi, amma onun bu hərəkəti Peru xalqından minlərlə nəfərin reaksiyası ilə üzləşdi.

Bu üzdən, xəstəxanada yatan Alberto Fucimori onun dövlətinin 1990-2000-ci illərdə etdiyi hərəkətlərə görə, ötən bazar ertəsi günü Peru xalqından üzr istədi.

Fucimori 2007-ci ilin dekabrında qüdrətdən sui-istifadə və əmlakların qanunsuz olaraq axtarılması günahı ilə altı il azadlıqdan məhrum edildi və 2009-cu ildə də insan haqlarını pozması, dövlət müxaliflərinin terror edilməsi və ölüm dəstələri tərəfindən mülkilərin qətlə yetirilməsi ittihamı ilə 25 il həbs cəzasına məhkum edildi.

Teqlər