Kabildə törədilən terror aktında 41 nəfər ölüb, 84 nəfər yaralanıb
-
Kabildə törədilən terror aktında 41 nəfər ölüb, 84 nəfər yaralanıb
Əfqanıstan paytaxtı Kabil şəhərində Tibyan Elm-Tədqiqat mərkəzində dəhşətli terror aktı törədilib.
Kabildə iki həftə öncə Tibyan Elm-Tədqiqat mərkəzində tədbir keçirilmişdi. Bu mərkəz ötən gün tələbələr, müəllimlər və media mənsublarının fikir mübadiləsi və elmi müzakirələr apardıqları zaman İŞİD vəhhabi-sionist terror qruplaşmasının ünsürləri tərəfindən al-qana boyandı.
Əfqanıstan vətəndaşı deyib: Partlayış o qədər güclü idi ki, sonuncu mərtəbəyə qədər heç bir qırılmamış pəncərə şüşəsi qalmadı.
Əfqanıstan polis rəsmisi deyib: İlk partlayışdan sonra məhəllə sakinlərinin yaralılara kömək və şəhidləri köçürmək üçün gəldikləri vaxtda təcili yardımların gəldiyi küçə daxilində iki partlayış törədildi və şəhid və yaralıların sayının artmasına səbəb oldu.
41 şəhid və 84 yaralı, o cümlədən bu şəhid məktəbli vəhşi imperializmin muzdluların rəhmsiz və cinayətkar terror aktının nəticəsidir.
Əfqanıstan vətəndaşı deyib: ABŞ-ın Əfqanıstanda olduğu vaxtda qədər əfqanların qətli davam edəcək.
Bu terror aktını media əleyhinə cinayət də adlandırmaq lazımdır. Tibyan mərkəzinə bağlı Əfqanıstanın böyük tamaşaçı kütləsi olan medialarından Ava İnformasiya Agentliyi də vəhşicəsinə terror aktına məruz qaldı. Bu terror aktında 2 jurnalist şəhid oldu, beş jurnalist də yaralandı.
Əfqan media nümayəndəsi deyib: Terrorçular Tibyan mərkəzinə hücum, media və qələm sahiblərini qətliam etməklə bizi durduracaqlarını əsla düşünməsinlər. Biz məzlum şəhidlərin yolunu davam etdirəcəyik.
İki həftə öncə kameralar elmi-mədəni müzakirələrdə gənclərin diqqətlə iştirakını lentə aldı. İndi isə, həmin məkanda terror aktının acı nəticələri göz qabağındadır. Terrorçular tələbələr, müəllimlər, elmi və mədəni dairələrə hücum etməklə öz cinayətkar mahiyyətlərini tam çılpaqlığı ilə ortaya qoydular.