Dek 30, 2017 10:10 Asia/Baku
  • İŞİD Sankt-Peterburq partlayışının məsuliyyətini öz üzərinə götürüb
    İŞİD Sankt-Peterburq partlayışının məsuliyyətini öz üzərinə götürüb

Terrorçu İŞİD qrupu dünən gecə Rusiyanın Sankt-Peterburq şəhərində baş verən partlayışın məsuliyyətini öz üzərinə götürüb.

İRİB-in verdiyi məlumata görə, çərşənbə günü Sankt-Peterburq şəhərində bir satış mərkəzində baş verən partlayışda 13 nəfər xəsarət alıb. 

Rusiya prezidenti Vladimir Putin cümə axşamı verdiyi bəyanatda bu partlayışın terror aktı olduğunu bildirdi və Federal Təhlükəsizlik Agentliyinə hadisə ilə əlaqədar cinayətkarların yaxalanması üçün lazımı təlimatları verdiyini xatırlatdı.

3 apreldə də Sankt-Peterburq şəhərinin metro stansiyalarından birində törədilən terror aktı nəticəsində 10 nəfər həlak oldu, 50 nəfər yaralandı. 

Teqlər