Dek 30, 2017 11:26 Asia/Baku
  • İŞİD Qahirədəki terror aktının məsuliyyətini öz üzərinə götürüb
    İŞİD Qahirədəki terror aktının məsuliyyətini öz üzərinə götürüb

Terrorçu İŞİD qrupu Misir paytaxtının ətraf ərazilərində Qibtilərin kilsəsinə qarşı terrorçu hücumun məsuliyyətini öz üzərinə götürüb.

Röyters xəbər agentliyi İŞİD terror qrupunun xəbər portalı olan Əmaq saytına istinadla bildirib ki, bu qrup cümə günü Qahirədə Qibtilərin kilsəsinə qaşrı hücumun məsuliyyətini öz üzərinə götürüb. 

Cümə günü Qahirənin cənubunda Marmina kilsəsinə qarşı silahlı hücumda 10 nəfər ölüb və bir neçə nəfər yaralanıb. 

Misir polisinin bildirdiyinə görə aktı törədənlərdən biri təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb, ikinci adam isə axtarışdadır. 

Ərəb Liqasının baş katibi Əhməd Əbu-Qeyz dünən bir bəyanat yayaraq terror aktını pisləyib və deyib: Ərəb Liqası Misirin təhlükəsizlik və sabitliyini hədəfə almış , ölkədə nifaq yaratmaq istəyən terrorizm ilə mübarizədə Misir dövlətinin kənarında duracaq. 

4 noyabrda da silahlıların Misirin Əl-Əriş şəhərində Ərrövzə məscidinə qarşı hücumunda 305 nəfər ölmüş, 128 nəfər yaralanmışdı. 

Teqlər