Yan 01, 2018 11:56 Asia/Baku
  • Cammu və Kəşmirdə polis mərkəzinə qarşı hücumda 4 nəfər ölüb
    Cammu və Kəşmirdə polis mərkəzinə qarşı hücumda 4 nəfər ölüb

Hindistanın nəzarətində olan Kəşmirdəki Srinaqar məntəqəsinin polisi bildirib ki, bu məntəqədəki bir qarnizona qarşı hücumda dörd nəfər öldürülüb.

Hindistanın nəzarətində olan Kəşmirdəki Srinaqar məntəqəsinin polis rəisi dünən deyib ki, silahlı hücumçular bu məntəqənin cənubunda yerləşən Letpura məntəqəsinin yaxınlığındakı polis mərkəzinə hücum edərək, dörd nəfəri öldürüb, bir neçə nəfəri də yaralayıblar.

Bu məlumata görə, həmin hücumda üç terrorçu da öldürülübdür.

Belə bir halda, "Ceyşi Muhəmməd" adlı qrup bu terror hücumunun məsuliyyətini üzərinə götürərək, iddia edibdir ki, bu əməliyyatda onlarla təhlükəsizlik qüvvəsi öldürülübdür.

Bu qrup iddia edib ki, həmin əməliyyatı kəşmirli separatçıların liderlərindən olan Nur Muhəmmədin öldürülməsinə cavab olaraq, həyata keçiribdir.

Son günlərdə Hindistanın nəzarətində olan Kəşmirin müxtəlif məntəqələrində gərginlik və toqquşmalar artmaqdadır və separatçı qüvvələrlə Srinaqarın təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş veribdir.

Teqlər