Yan 04, 2018 11:22 Asia/Baku
  • İki Koreya rəsmiləri arasında təmas qurulub
    İki Koreya rəsmiləri arasında təmas qurulub

Cənubi Koreyada qış olimpiya oyunlarında Şimali Koreya idmançılarının iştirak etməsi ehtimalına dair bu ölkə liderinin yeni il müraciəti və iki ölkə rəsmiləri arasında əlaqənin qurulmasına dair sözlərinin ardınca, çərşənbə günü günortadan sonra iki ölkə arasında ilk telefon danışığı bərpa olunub.

İRNA-nın məlumatına görə, Cənubi Koreyanın Birlik Nazirliyi bildirib: Çərşənbə günü günortadan sonra yenilərdə açılan xüsusi əlaqə xətti ilə Şimali Koreya və Cənubi Koreya rəsmiləri arasında 20 dəqiqəlik danışıqlar oldu, belə ki, telekommunikasiya qovşağı xətləri texniki baxımdan araşdırıldı və sınaqdan keçirildi. 

Məlumata görə, Şimali Koreya tərəfindən gələn saatlarda təmas ehtimalı vardır və Cənubi Koreya gözləyir. 

Şimali Koreya çərşənbə günü səhər bildirmişdi ki, Şimali Koreya lideri Kim Çen İnin iqtidara gəlməsindən sonra dayandırılan iki Koreya arasında birbaşa təmas xətti çərşənbə günü günortadan sonra yenidən bərpa olunacaq. 

Şimali Koreya rəsmi informasiya agentliyinin bildirdiyinə görə, iki tərəf arasında müzakirələr ilk mərhələdə Cənubi Koreyada qış olimpiya oyunları ilə əlaqədar məsələlər haqda olacaq. 

Şimali Koreya lideri Kim Çen İn yeni milad ili çıxışında bildirib ki, iki ölkə arasında ikitərəfli danışıqların keçirilməsinə hazırdır. Lakin eyni zamanda öz nüvə maraqlarından əl çəkməyəcək. 

O deyib ki, 2018-cı qış olimpiya oyunlarına heyət ezam etməyə hazırdır. 

Cənubi Koreya prezidenti də çərşənbə axşamı günü Birlik, Mədəniyyət və İdman Nazirliklərindən istəyib ki, Şimali Koreyanın qış olimpiya oyunlarına daxil olması üçün lazımi addımları atsınlar. 

İki Koreya arasında əlaqələr, ABŞ və müttəfiqləri yəni Cənubi Koreya və Yaponiyanın hərbi hərəkətləri, Şimali Koreyanın nüvə və raket sınaqları ilə son aylarda gərgin olmuşdur. 

Teqlər