Güclü şaxta nəticəsində 11 amerikalı ölüb
ABŞ rəsmiləri ölkədə güclü şaxta nəticəsində 11 nəfərin həlak olduğunu bildiriblər.
Sin-Xoa İnformasiya Agentliyinin məlumatına görə, ABŞ-ın Viskonsin ştatının rəsmiləri bildiriblər: Yeni il şənliyində iştirak etmək üçün mənzildən çıxan gənc qadının cəsədi Vini Baqo gölünün sahilində tapılıb. O soyuqlar nəticəsində həlak olub.
ABŞ polisi də Şimali Dakota və Missuri ştatlarında iki cəsədin tapıldığını, onların da güclü soyuqlar nəticəsində həlak olduğunu bildirib.
Hyuston polisi də Texas ştatında dörd cəsədin aşkarlandığını bildirib. Tapılan cəsədlərin ikisi güclü şaxta nəticəsində həlak olan səfil olub.
Dəhşətli tufanın ABŞ-ın cənub şərq bölgələrinə çatması Florida, Corciya və Cənubi Karolina ştatlarında məktəblərin fəaliyyətini dayandırması ilə nəticələnib.