Tramp iki Koreyanın müzakirəsini qəribə qarşılayıb!
Yan 05, 2018 00:25 Asia/Baku
ABŞ prezidenti Donald Tramp qəribə twitter müraciəti ilə Cənubi Koreya və Şimali Koreya arasındakı müzakirəni müsbət qarşılayıb.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, Tramp twitter səhifəsində yazıb: Bütün məğlub olmş ekspertlərin dəyərləndirmələrini nəzərə alaraq, Şimali Koreya əleyhinə maksimum gücümüzdən istifadədə mən qətiyyətli və ciddilik göstərməsəydim, doğrudan da kimsənin hal-hazırda iki Koreya arasında dialoq və müzakirənin baş verdiyini düşünməsi axmaqlıq olardı. Lakin danışıqlar yaxşı bir şeydir.